Sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq

20:00    22 Baxış   
Sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq

Xırdalan şəhərinin bir hissəsində qaz təchizatında fasilələr yaranacaq.

Dominant.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24.06.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin Mehdi Hüseynzadə, Cabir Novruz, Əhməd Cavad, Cəbrayıl Hüseynov, Firudin Köçərli, Rəşid Behbudov küçələrinin, Quşçuluq massivinin və "Mexkalon" ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar