İctimai televiziyanın əməkdaşı Gündüz Məmmədov qurumlardan birinin mətbuat katibini sərt tənqid edib.
Dominant.Az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, qurumlardan birinin mətbuat katibi mətbuatla normal işləmək əvəzinə, bütün günü "TikTok" kimi platformalarda blogerlik edir:
”Adam vəzifəyə təyin olunandan indiyə qədər bir neçə il keçib, amma hələ bir çoxumuza qismət olmayıb ondan müsahibə almaq. Nə zaman zəng edirsən telefonu açmır. Əgər niyyətin blogerlik etmək olubsa, niyə gəlirdin vəzifəyə? Gedib "TikTok"er olardın də..
Adını yazmasam da, əksəriyyət bilir kimi deyirəm. Ümidvaram düzələcək, düzəlməsə adını və işlədiyi qurumun da adını tağ edəcəm. Başqa variant qalmır”.