Köçəryan müxalifətin reytinqinin aşağı düşdüyünü etiraf etdi

27 Dekabr 2021 17:55    250 Baxış   
Köçəryan müxalifətin reytinqinin aşağı düşdüyünü  etiraf etdi

Ermənistanın ikinci prezidenti Robert Köçəryan hesab edir ki, müxalifətin reytinqi aşağı düşüb.

“Biz sadəcə düşünürük və ümid edirik ki, reytinqimiz bərpa oluna bilər, lakin belə bir eniş şəraitində hakimiyyətin reytinqi bərpa oluna bilməz”, - Robert Köçəryan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Modern.az-ın məlumatına görə, Robert Köçəryan Ermənistanda müxalifət mövqeyi ilə xalqı küçələrə çıxarmağa qadir olan digər siyasi qüvvələrin formalaşmasını alqışlayacağını vurğulayıb.

“Əgər kimsə bu işdə bizdən yaxşı bacararsa, biz onun yanında olmağa, bütün imkanlarımızla dəstəkləməyə hazırıq”, - Ermənistanın ikinci prezidenti qeyd edib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar