Ötən həftə 494 yanğına çıxış olub, 46 nəfər xilas edilib

12:25    22 Baxış   
Ötən həftə 494 yanğına çıxış olub, 46 nəfər xilas edilib

Ötən həftə 494 yanğına çıxış olub.

Bu barədə Dominant.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 494 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, yanğın zamanı 44 nəfər təxliyə olunub, 8 nəfərin meyiti təhvil verilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar