Kürdəmirdə qandonuran hadisə, ər keçmiş arvadını yandırdı - VİDEO

10 İyun 2020 14:06    559 Baxış   
Kürdəmirdə qandonuran hadisə, ər keçmiş arvadını yandırdı -  VİDEO
Kürdəmirdə qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

Dominant.az xəbər verir ki, qadının qaz sızması zamanı yaranan partlayışda yandığı bildirilib. Lakin qadın özünə gələndən sonra keçmiş əri tərəfindən yandırıldığını iddia edib.

Şura adlı qadın bildirib ki, dünən keçmiş həyat yoldaşı gəlib yalvararaq, onunla barışmasını istəyib. Əri ilə razılaşan qadın evə gedərkən, yarı yolda keçmiş əri onu traktora bağlayaraq yandırıb.

Hadisənin Kürdəmirdə Muğanlı adlı sahəlikdə baş verdiyi bildirilir.

Qeyd edək ki, yandırılan qadın ərindən 2017-ci ildə ayrılıb. (MediaPost.az)

Ürəyi zəif olanların videoya baxmaması xahiş olunur.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar