Mahir Əmrəli üzr istədi

06 Sentyabr 2020 13:17    88 Baxış   
Mahir Əmrəli üzr istədi
Azərbaycan millisinin üzvü Mahir Əmrəli Millətlər Liqasını 1-ci turunda Lüksemburqla matçda (1:2) sonra oyunun 25-ci dəqiqəsində qırmızı vərəqə alması barədə danışıb.

Dominant.az xəbər verir ki, "Qarabağ"ın üzvü məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb:

"Belə bir hal baş verdiyi üçün üzr istəyirəm. Komandaya və baş məşqçini pis vəziyyətdə qoyduğumu başa düşürəm. Həmin epizodda sadəcə hislərimi cilovlaya bilmədim. Bu, mənim üçün böyük dərs olacaq və daha təmkinli olmağa çalışacağam. Düzü, o epizodda komandanı aqressiv oyunla ruhlandırmaq istədim ki, rəqibə qarşı daha yaxşı çıxış etsinlər. Amma təəssüf ki, hər şey fərqli oldu. Komandaya kömək etmək istəyirdim, lakin daha da pis vəziyyətə saldım. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Eyni zamanda tənqidləri də qəbul etməyə hazıram. Gələcəkdə bu durumu dəyişdirməyə çalışacağam” .
(Azerisport.com)
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar