Məhərrəm ayında məscidlər bağlıdırsa, biz məscidləri evinizə gətiririk - VİDEO

21 Avqust 2020 17:52    12217 Baxış   
Məhərrəm ayında məscidlər bağlıdırsa, biz məscidləri evinizə gətiririk -  VİDEO
Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb. Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatır, yeni 1442-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-ci il avqust ayının 21-nə təsadüf edir. Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir.
Oktyabrın 8-də Ərbəin olacaq (40 günü).

Ancaq ötən illərdən fərqli olaraq bu il Məhərrəm ayında insanların məscidlərdə yığışması qadağan olundu. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirdi ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Təbii ki, QMİ-nin bu qərarı ilə razılaşanlar da oldu, razılaşmayanlar da. Ancaq son nəticə olaraq hər iki tərəfin də bu vəziyyəti məyusluqla və təəssüf hissi ilə qarşılamaqdan başqa əlindən heç nə gəlmir.

Dominant.az məhz həmin insanları nəzərə alaraq, yeni bir layihəyə başlayır. Belə ki, məscidlər bağlıdırsa, məscidlərə getməyinizə icazə verilmirsə, biz də məscidləri sizin evinizə gətirərik. Məhərrəm ayında insanlar məscidlərə adətən möizələr, mərsiyyələr dinləmək, bu ayın fəzilətləri barədə məlumatlanmaq üçün gedirlər. Bu məqsədlə də biz Təzə Pir məscidinin axundu Hacı Mircəfər Əyyubovla gerçəkləşdirdiyimiz bu layihədə sizə hər gün bir moizə təqdim edəcəyik.

İlk videomuzda Məhərrəm ayında baş vermiş hadisələr barədə məlumatla tanış ola bilərsiniz. İzlədikdən sonra videonu paylaşmağı unutmayın!


Ardı var...


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar