Məscidlər bağlıdırsa, biz məscidləri evinizə gətiririk - İKİNCİ VİDEO

22 Avqust 2020 18:18    405 Baxış   
Məscidlər bağlıdırsa, biz məscidləri evinizə gətiririk -  İKİNCİ VİDEO
Bu gün Məhərrəm ayının ikinci günüdür. Bildiyimiz kimi, ötən illərdən fərqli olaraq bu il Məhərrəm ayında insanların məscidlərdə yığışması qadağan olundu.

Dominant.az bu qadağanı nəzərə alaraq, yeni layihəyə başladı. Belə ki, məscidlər bağlıdırsa, məscidlərə getməyinizə icazə verilmirsə, biz də məscidləri sizin evinizə gətirərik. Məhərrəm ayında insanlar məscidlərə adətən möizələr, mərsiyyələr dinləmək, bu ayın fəzilətləri barədə məlumatlanmaq üçün gedirlər. Bu məqsədlə də biz Təzə Pir məscidinin axundu Hacı Mircəfər Əyyubovla gerçəkləşdirdiyimiz bu layihədə sizə hər gün bir moizə təqdim edəcəyik.

Layihə çərçivəsində bu gün Kərbəla hadisələrinin tarixindən bəhs edən ikinci videonu təqdim edirik. İzlədikdən sonra videonu paylaşmağı unutmayın!


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar