Meydança rüsvayçı idi - “Aberdin”in baş məşqçisi

21 Avqust 2021 11:59    797 Baxış   
Meydança rüsvayçı idi -   “Aberdin”in baş məşqçisi

“Oyundan sonra Bakıdakı stadionun meydançası barədə dediyim sözlər emosionallıqdan irəli gəlmirdi, bu, fakt idi”.

Dominant.az-ın xəbərinə görə, bunu Şotlandiyanın “Aberdin” klubunun baş məşqçisi Stiven Qlass deyib.

45 yaşlı şotland məşqçi 14-cü dəqiqədə Endryu Konsidinin dizindən zədə almasına görə Tofiq Bəhramov adına Respublika Stadionunun öt örtüyünü günahlandırıb. Xərəkdə meydanı tərk edən 36 yaşlı müdafiəçinin bu zədədən sonra ilin sonunadək futbol oynaya bilməyəcəyi dəqiqləşib.

“Biz karyerası ərzində 600-ə yaxın oyun keçirmiş və heç vaxt belə bir hadisə ilə üzləşməmiş oğlandan söhbət açırıq. Bütün bunlar bütün diqqəti meydançanın qazonuna yönəldir. Qazonun bərbad olması faktdır və düşünürəm ki, onların camaatı (azərbaycanlılar) da bununla razılaşar”.

Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutmuş bu görüşdə “Qarabağ” ispaniyalı futbolçu Xayme Romeronun 30-cu dəqiqədə vurduğu yeganə qolla qalib gəlib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar