Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək

12 Avqust 2020 13:45    675 Baxış   
Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək
Azərbaycanın şose velosipedi üzrə U-23 və gənclər yığması 24 - 28 avqustda Fransada təşkil ediləcək Avropa Çempionatında iştirak etməyəcək.

Dominant.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) məlumatına görə, buna səbəb yerli hökümətin ölkəyə daxil olan şəxslərdən karantin rejimini tələb etməsidir.

Komanda avqustun sonunadək Tovuzda hazırlıq keçəcək, yığma üzvlərinin sentyabrda Türkiyədə keçiriləcək bir neçə bəynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar