Müdafiə Nazirliyinin adı dəyişdirilsin - Hərb və ya Hücum Nazirliyi olsun

24 İyul 2020 10:03    933 Baxış   
Müdafiə Nazirliyinin adı dəyişdirilsin -  Hərb və ya Hücum Nazirliyi olsun
Ciddi bir şey yazmaq istəyirəm. Amma xahiş edirəm, məni qınamayın. Həmişə özümə sual verəndə ki, biz niyə hücum edib torpaqlarımızı azad etmirik, o dəqiqə bizim hərbi işlərə baxan nazirliyimizin adı gəlir durur gözümün qarşısında!

Sözümün canı, dünyanın heç bir ölkəsində hərb işinə baxan nazirliyin adı Müdafiə Nazirliyi olmayıb.

Bu adı hansı ağıllılar seçıb? Necə yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyi?

Yaxşı adam idiniz, bunun adını qoyardınız, Hücum Nazirliyi! Nə vaxt qədər müdafiə olunmalıyıq axı? Niyə ölkəmiz müdafiə olunmalıdır ki?

Yəqin hamınız futbola baxmısız: müdafiəçinin işi nədir? Müdafiə olunmaq və qapını qorumaq. İstisna hallarda, hücumçu qol vura bilməyəndə, müdafiəçilər də hücuma qoşulub qol vururlar! Fərz edin ki, bu ölkə bir futbol komandasıdır. Amma ölkənin qol vuran əsas silahı müdafiəçidir (Müdafiə Nazirliyi). Deməli, belə çıxır ki, biz qol vura bilməyəcəyik də!

Təklif edirəm ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin adı dəyişdirilsin, ya Hərb Nazirliyi, ya Hücum Nazirliyi qoyulsun.

Əgər daha kreativ ad istəyirlərsə, lap adını Müharibə Nazirliyi qoysunlar ki, adı belə, qarşı tərəfi qorxuya salsın. Olmasa, lap elə Dava-dalaş Nazirliyi qoysunlar, təki müdafiə, təslimçilik sözü bu nazirliyin adından götürülsün!

Qeyd: Ən yaxşı müdafiə hücumdur - deyirlər. Nə qədər hücum etmiriksə, nə qədər ki, hücumda oynamırıqsa, müdafiədə oturub qol yeməyə, təslimçiliyə məcbur ediləcəyik!

Nəinki cəbhəboyu, beynəlxalq səviyyədə hücuma keçməyin vaxtı deyilmi? Əgər haqlıyıqsa, Haqq, Ulu Tanu bizim tərəfimizdə olmayacaqmı?

100 il gözükölgəli yaşamaqdansa, bir gün kişi kimi ölmək, şəhid olmaq yaxşıdır!

Qarabağ uğrunda şəhadətə hazırsınızmı?

Elmar Hüseynov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar