Ölkə mediası Abşeron məhkəməsinə elə-belə cəm edilməmişdi...

23 Avqust 2020 17:39    325 Baxış   
Ölkə mediası Abşeron məhkəməsinə elə-belə cəm edilməmişdi...
Mif "sındı", qaldı "sürü"...

Rus gəmiləri sahilə boşuna yan almamışdı...

Susdurulan, əttökən blogerlər, kartatekası ilə dünən nahaqdan ortaya düşməmişdi...

Ölkə mediası Abşeron məhkəməsinə elə-belə cəm edilməmişdi...

Toya dəvət olunanlara, YAP-dan get, icazəsini elə-belə verməmişdilər...

Bir müğənni də o videonu elə-belə yaymamışdı...

Şoudur deyənlərə, "bizim kefimiz yaxşıdır", mesajı da elə o mifə arxayınlıqdan doğurdu. Heç nədən xəbəri olmadığına dəlalət edirdi. Bu, baş verənlərin şou olmadığını dəqiq isbatlayır...

Bu mif dağıdılmalıydı...Dövlətin başqa yolu yox idi...

Bu hökümətdə bir çoxlarına, habelə eks nazirlərə, generallara, yəni kapitalını o mif ətrafında cəmləməyə hazırlaşanlara son xəbərdarlıqdır...

Hazırda kürsüdə oturan mif sevərlərə aydın mənzərə yaratmalıydı dövlət baba:

- Siyasətdə qurban verilməyəcək fiqur yoxdur!

-Siyasətdə mifləri yaradırlar, yararlanırlar və lazımi anda sıradan çıxarırlar.

***
Hesab edin ki, ölkə qapalı bir məkandır, içəri tüstü buraxıldı bu olayla. Siyasi "elitada" hamı pərən-pərəndir. Hər kəs özünü xilas etməyi düşünür. Hamı "tənqid" edir. Ramiz Mehtiyevin qapısında tək ayaq üstə gözləyən də, ömrü boyu mediaya qapalı olan da.

Bu həm də dövlətə şans verir, imkan yaradır ki, simaları aydın görsün. Bilsin ki, nə qədər sadiqi, nə qədər sədaqətlisi və ya satqını, siyasi əxlaqsızı var.

Dünəndən diqqətlə izləyirəm. Bircə ovuc sədaqətlisi var məmləkətin. Gəldiyim qənaət bu ki, hələ çoxu "yanacaq". Niyə? Çünki çoxlu sayda açıq suallar var.

Milli idelojı abırdan salınanda, harada idiniz?

Milli dəyərlər aşınanda, nəylə məşğul idiniz?

Niyə nataraz bir toplantıda Ramiz Mehtiyev efirdəki adamları bəyənməyəndə, ələ salanda, ölkədə adam yoxdur deyəndə, yeganə qadın iştirakçının "adam var, siz efirə çıxarmağa qoymursunuz" replikasından sonra, onun başına gətirilənlərə diliniz lal idi o toplantıda və sonra?

Niyə metal biznesi məsələsində diliniz tutulmuşdu?

Niyə icra başçıları məsələsində qeyrətə gəlmirdiniz?

Niyə nazirliklərdəki əməliyyatlarda, efirlərdən qaçırdınız?

Niyə söyüş müxalifətinə qarşı çıxmırsınız?

Niyə söyüş blogerlərindən dövləti müdafiə etmirsiniz? Bəziləriniz onlara böyük məbləğlər yollayırdı, indi də yollamaqadır, niyə?

Niyə rüşət və korrupsiya olaylarında mıqqırınız çıxmırdı?

Niyə demirdiniz müxalifətin hansı cinahı ilə kimlər ittifaqda idi?

Niyə danışmırdınız ki, mitinqlərin əksəriyyəti iç siyasi dəstəyi haradan alır, hansı kənar dövlətdən də onlara dəstək gəlir?

Niyə sarı mediaya qeyri-rəsmi stavkalardan danışmırdınız?

Niyə ölkə mediası, syrı-ayrı milli ruhu olan ksdrlar, yazarlar, bərbad günə qoyulanda susurdunuz?

Niyə ölkə təhsilinin başına gətirilən olaylarda lal olmuşdunuz?

Adı olub, özü olmayan bağçaların məsələsini niyə dövlət qarşısında qaldırmırdınız?

Niyə təhsildən yazdığı üçün hədələnənləri, məsələn biri elə bu bəndənizi, hədələtdirənlərə heç olmasa ayıbdı demirdiniz?

Icra aparatının rayon təhsil şöbələri "əməliyyatlarını" niyə dövlətə danışmırdınız?

Siz komandanızdan olan, uşağının ad günündə qolu qandallanan "dost" dediyiniz qadının balasının, "anamı aparmasınlar" harayına susan adamlarsınız...

Yəqin indi də düşünürdünüz ki, bir əldə böyük kapital cəmlənir, olmadı belə, oldu elə, hə? Ay sizi...

Indi mif sındı, siz də tüstüyə düşüb boğulmaqdan özünü qorumağa çalışan qarışqalar kimi, yuvalardan çıxmısınız...Əslində hara gedəcəyinizi də bilmirsiniz. Sizin bu etdiyiniz qorxuludur. Bu sürü psixologiyasıdır.

Yeri gəlmişkən, bu iki ildir dövlət başçısının qaldırdığı məsələlərə göz yuman, birdən-birə cəsarətə gələn, dövlət və dövlətə yaxın TV-lərə də aiddir.

Bu arada dövləti qətiyyətsizlikdə günahlandıranlar, diqqət edin, ciddi mübarizələrdə nə qədər mövqe bildirməyənlər var. Sizcə dövlət necə davranmalıdır? Və ya belə qoyum sualı, dövlət hamını birdən yaxalasa, ölkənin xaosa girəcəyini anlaya və ya görə bilirsinizmi barı?

Odur ki, dövlət baba, səndən ricam var, sürü psixologiyalı bu məmur, deputat balalarına daha inanma. Miflə mübarizəndə doxsan faizi necə susurdusa, sabah sənə bir şey olduğu anda düşmən tərəfə keçəcəklər. Bizi sürü psixologiyalı, kapitallı, vəzifəli məmurlarından, deputatlarından təmizlə dövlət baba. Özünü də, bizi də xilas et, lütfən!

***
Hə, bu arada, deyim biləsiniz, "mifdən xilas" əməliyyatında YAP-dan kimsə "xərclənməli" idi. Əks halda ölkənin ən nüfuzlu partiyasının gələcəyi söz konusu olacaqdı, özü də yaxın günlərdə. Səyavuş Novruzov və ailəsi YAP-ın siyasi "xərclədiyi" son ehtiyat fiqur idi. Yəni S.Novruzov partiyada razılaşdırıb getdiyi bu "toplantıda" "xərclənməklə", YAP-a indiki formatda qalmaq üçün zaman qazandırdı, vəssalam ...

Jalə Mütəllimova


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar