Operativ Qərargah buna icazə verdi

19 Martt 2021 20:45    10124 Baxış   
Operativ Qərargah buna  icazə verdi

Futzal üzrə Azərbaycan millisi ölkədə tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, Avropa çempionatının seçmə mərhələsinin Slovakiya və Yunanıstanla oyunlarına hazırlaşa biləcək.

Dominant.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah yığmanın zalda məşq etməsinə icazə verib.

Qeyd edək ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv aprelin 8-də səfərdə Slovakiya, 6 gün sonra isə Bakıda Yunanıstanla qarşılaşacaq.

(Report)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar