Paşinyan: “ATƏT-in Minsk qrupu Azərbaycanı dəstəkləyir”

10 İyun 2021 17:53    384 Baxış   
Paşinyan: “ATƏT-in Minsk qrupu Azərbaycanı dəstəkləyir”

"ATƏT-in Minsk Qrupunun Qarabağ üzrə həmsədrləri Azərbaycana tərəfdar mövqe tutdular”.

Dominant.az "Vestnik Kavkaza”ya istinadən məlumat verir ki, bunu Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniya üçün getdiyi Spitakda deyib:

"2018-ci ildə, hakimiyyətə gəldikdən sonra dalana dirənən vəziyyətdə olan Qarabağ nizamlanmasına dair danışıqlar prosesi bizə miras qaldı. Problem bundadır ki, ATƏT-in Minsk qrupu vasitəçiləri (Rusiya, Fransa, ABŞ) Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla eyni mövqe ifadə edirlər. Ancaq qeyd etmək lazmdır ki, bu mövqe 2018-ci ildə deyil, ondan daha əvvəl formalaşıb”.

Paşinyan vasitəçilərin hələ 2016-cı ilin yanvarında Ermənistanın Dağlıq Qarabağın aralıq statusu ideyasından imtina etməsi üçün şərt irəli sürmələrindən şikayətlənib.

"Status qarşılığında ərazilər”, "sülh qarşılığında ərazilər” düsturları var idi və 2016-cı ildən 2018-ci ilə qədər "heç bir şey qarşılığında ərazilər” düsturu meydana gəldi və bununla bağlı danışıqlar prosesi bizə miras qaldı”, - deyə Paşinyan Ermənistanın keçmiş səlahiyyətlilərini, xüsusən keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqısyanı günahlandırıb.

(azxeber.com)
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar