Prezident qızıl medal qazanan idmançılarımızı təbrik etdi

04 Sentyabr 2021 11:08    425 Baxış   
Prezident qızıl medal qazanan idmançılarımızı  təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

Dominant.az xəbər verir ki, dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar