Qurban Qurbanov Super Liqa klubunun təklifinə cavab verib

19 İyul 2020 21:24    623 Baxış   
Qurban Qurbanov Super Liqa klubunun təklifinə cavab verib
"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Türkiyənin “Hatayspor” klubundan təklif almasının təfərrüatları məlum olub.

Dominant.az xəbər verir ki, Qurbanovu yeni mövsümdən Superliqada çıxış edəcək “Hatayspor”a ilk olaraq klubun sabiq baş məşqçisi Fatih Kavlak təklif edib.

F.Kavlak Azərbaycan futbol azarkeşlərinə tanış addır O, bir zamanlar “Qarabağ”da Q.Qurbanovun köməkçisi, eləcə də “Qəbələ”nin baş məşqçisi işləyib.

F.Kavlakın təklifindən sonra danışıqlar bir neçə dəfə olmaqla davam etdirilib. Daha sonra danışıqlara klubun prezidenti özü də qoşulub. Əldə etdiyimiz xəbərə görə, "Hatayspor" rəhbərliyi ilə Q.Qurbanov arasında sonuncu danışıq dünən olub.

Qurban Qurbanov bu təklifə "yox" cavabı verib


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar