Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib

01 Noyabr 2021 17:37    838 Baxış   
Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib

Azərbaycan Cüdo Federasiyasında növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Dominant.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Növbədənkənar seçkidə federasiya rəhbərliyi dəyişib. Rövnəq Abdullayevi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləyib.

Tədbirdə Rövnəq Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Rəşad Nəbiyev və gənclər və idman naziri Fərid Qayıbov iştirak edib

Qeyd edək ki, Rövnəq Abdullayev 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının rəhbəri olub.

(Report)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar