Rusiyada neft hasilatı 7 faizdən çox artıb

02 Oktyabr 2021 16:58    584 Baxış   
Rusiyada neft hasilatı 7 faizdən çox artıb

2021-ci ilin sentyabrında Rusiyada neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 43,859 milyon ton təşkil edib.

Dominant.az-ın məlumatına görə, bu barədə Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin hesabatında deyilir.

Bu ilin yanvar-sentyabr aylarında isə bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq 387,3 milyon tona çatıb.

Sentyabr ayında Rusiyada "Rosneft" 16,5 milyon ton (8,1 faiz artım), "Lukoyl" 6,38 milyon ton (9,9 faiz artım), "Surqutnefteqaz" isə 4,64 milyon ton (8,1 faiz artım) neft hasil edib.

Bu il ərzində "Rosneft"in neft hasilatı 143,9 milyon ton, "Lukoyl"un neft hasilatı 55,9 milyon ton, "Surqutnefteqaz"ın neft hasilatı 40,6 milyon ton təşkil edib.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar