Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

21 Oktyabr 2021 18:29    287 Baxış   
Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə  həbs olundu

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

Dominant.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.

O qeyd edib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Məhkəmənin qərarı ilə Sərdar Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar