Tatarıstanın xalq şairindən Azərbaycana dəstək

05 Noyabr 2020 17:15    500 Baxış   
Tatarıstanın xalq şairindən Azərbaycana dəstək

Qardaş tatar xalqının yaşayan ən böyük ziyalılarından biri – Tatarıstanın Xalq şairi, Dövlət Mükafatı laureatı, uzun illər Tatarıstan Dövlət Şurasının deputatı, Komitə sədri və Rəyasət heyətinin üzvü olmuş Razil Vəliyev Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan yeni xilaskarlıq hərəkatı ilə bağlı ürək sözlərini Azərbaycanlı dostları ilə bölüşüb.


Görkəmli Xalq şairinin ürək sözlərini oxucularla paylaşırıq:


"Son aylarda Qarabağdakı qanlı hadisələri narahatlıqla izləyirik. Azərbaycan xalqı bizim qardaş, xalqımızdır, bizi doğma qanımız birləşdirir. Biz Sizin uğurlarınıza və qələbələrinizə sevinirik, Siz kədərlənəndə Sizinlə birgə qayğılanırıq. Azərbaycan bu gün dövlətinin suverenliyi, Vətəninin bölünməz torpaqları uğrunda ədalətli mübarizə aparır. Ədalət qalib gəlməlidir!


Biz bütöv Vətən üçün həlak olan qəhrəmanların ruhu qarşısında baş əyir və onların yaxınlarına, dostlarına başsağlığı veririk.


Zəngin tarixə və yüksək mədəniyyətə sahib olan azərbaycanlılara dərin hörmətlə, Tatarıstanın Xalq şairi Razil VƏLİYEV".


Tatarıstanın xalq şairindən Azərbaycana dəstək
Tatarıstanın xalq şairindən Azərbaycana dəstək


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar