Tofiq Yaqublu kimdir?

04 Sentyabr 2020 20:00    1175 Baxış   
Tofiq Yaqublu kimdir?
Tofiq bəy ölkədə qalan azsaylı dostlarımdandır. Əqidə dostum, düşüncə dostum, könül dostum, ruh dostum. Hökümətlə müxalifət, haqlıyla haqsız, güclüylə gücsüz arasında burcudan Azərbaycan siyasətçilərinin arasında, mövqeyini dəyişməyən - günəş kimi parlayan bir dost. Əslində siyasətçi də deyil, o, ideologiya adamıdır. Mübarizə adamı, Vətən adamı, torpaq adamı. Ta Qarabağ döyüşlərindəndən başlaylıb ölkədə demokratiya davası üçün gedən ağır "döyüşlərdə" dəfələrlə "yaralanan", "əsir düşən", amma əsla təslim olmayan DAVA adamı...

Erməni ona bu sistem qədər düşmən kimi davrana bilməmişdi. Bir Azərbaycan kişisini qızını həbs edərək sınadılar, digər övladının ölümü zamanı sınadılar, dəfələrlə həbslə sınadılar, sınmadı. Anlamırlar, sınmayacaq da. Anlaya bilmirlər. Tofiq bəy bir hərəkatdan, bir partiyadan daha böyükdür, daha güclüdür. O, hardadırsa, vicdan, dürüstlük, haqq mərkəz olaraq ordadır. Bu gücün sahibi sınmaz, əyilməz, geri çəkilməz.

Elə məhz bu səbəbdən də bu son həbs Tofiq bəydən çox bu hökümətə zərbə vuracaq. Bir neçə gündür ölüm aclığlna başlayan Tofiq bəyin həyatına təhlükə olarsa, hökümət ikiqat biabır olacaq. Niyə? Nə gərək var? Niyə Azərbaycan dünyada ancaq siyasi həbslərlə gündəmə gəlir? Və ya siyasi həbslərlə bağlı dünyaya yalan danışan Azərbaycan hökümətinə Qarabağ həqiqətləri ilə bağlı kim inanar? Hər həbs, hər bir yanlış qərar illərlə çabalayıb düzəltmək istədikləri imici yenidən yerləbir edir. Naşılıqdırmı, qərəzdirmi, bilmirəm. Bildiyim və əmin olduğum məqam - Tofiq Yaqublu təcili azad olunmalıdır. Bu, bizdən də, Tofiq bəydən də çox hökümətə lazımdır...



Aynur İmran



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar