Dominant.az-ın "Psixoloq məsləhəti" rubrikasına start verəndə qeyd etmişdik ki, bu layihədə həm psixoloqun özünün seçdiyi, məsləhət bildiyi mövzularda, həm də sizi maraqlandıran, narahat edən problemlərlə, suallarla bağlı videolar təqdim etməyə çalışacağıq.
Budəfəki videomuz da məhz sizdən gələn istəklər əsasında hazırlanıb. Soruşursunuz ki, (xüsusən də analar) uşaqları hansı halda psixoloqa aparmaq olar? Ümumiyyətlə, uşağı psixoloqa aparmağa ehtiyac varmı? Əgər ehtiyac varsa, uşağı neçə yaşından sonra psixoloqa aparmaq olar?
Tədim edəcəyimiz bugünki videoda psixoloq Zeynəb Əyyubova məhz bu suallara aydınlıq gətirməyə çalışıb.