Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar AMEA-nın dəvətilə Azərbaycana səfərə gəlib.
Aziz Sancar səfərinin ilk günündə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.*
Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Alaverdi Aşırov müşayiət edib.