Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər - VİDEO

18 Sentyabr 2022 19:05    3865 Baxış   
 Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər -   VİDEO
Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.

Dominant.Az Oxu.Az xəbər verir ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”, - Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Twitter” hesabında yazıb.


https://twitter.com/rahman2609m/status/1571494375149953028?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1571494375149953028%7Ctwgr%5E81ee6144108d0923c8ec13111b357091079a227d%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Foxu.az%2Fworld%2F644560



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar