Ermənistan ordusunun Tərtər qəbiristanlığını atəşə tutmasının ildönümüdür

15 Oktyabr 2024 00:03    1453 Baxış   
Ermənistan ordusunun Tərtər qəbiristanlığını atəşə tutmasının ildönümüdür
Vətən müharibəsi dövründə Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasından 4 il ötür.


DOMİNANT-ın məlumatına görə, 15 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutub.


Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.


Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulub, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar