Prezidentlikdən istefa verdi, Putinin müşaviri oldu

17:34    17 Baxış   
Prezidentlikdən istefa verdi,  Putinin müşaviri oldu

Cənubi Osetiya Prezidenti Alan Qaqloyev Rusiya Prezident Administrasiyasına keçdiyinə görə respublika başçısı vəzifəsindən istefa verib.

Dominant.Az xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib.

Qondarma respublikanın başçısı bildirib ki, bir gün əvvəl Vladimir Putinlə görüşüb və Putin ona yeni vəzifə (müşavir) təklif edib. O, əlavə edib ki, Rusiya prezidentini dəstəkləyir və onun məqsədlərinə çatmasına kömək etməyə hazırdır.

O, bu gündən Rusiya prezident administrasiyasında işə başlayacaq.

Cənubi Osetiya Konstitusiyasına uyğun olaraq, prezidentin səlahiyyətləri Respublika hökumətinin sədri Marat Kambolova həvalə edilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar