Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dominant.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, türk dili müəllimi işləyən Mustafa Akbaş idarə etdiyi avtomobilə nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadalarının səylərinə baxmayaraq, müəllimin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, ailəli və bir uşaq atası olan Mustafa Akbaş vəfat etmiş bacısının Doğanşehirdəki məzarını ziyarət etmək üçün yola çıxıbmış.
Onun faciəli ölümü şagirdləri, həmkarları və yaxınları arasında dərin kədərə səbəb olub.
Zəhra