Küçə itləri "Qurtuluş-93"un sakinlərinin yuxusunu ərşə çəkib - FOTOLAR

29 Noyabr 2020 15:32    194 Baxış   
Küçə itləri "Qurtuluş-93"un sakinlərinin yuxusunu ərşə çəkib -   FOTOLAR

Abşeron rayonunun Masazır qəzəbəsində "Qurtuluş-93" adlandırılan bir yaşayış massivi var. Buraya küçə itlərinin ən çox məskunlaşdığı ərazi də demək olar. O qədər it var ki, bəlkə də sayları 100-ə çatıb. Gecələr səs-küylərindən yatmaq, gündüzlər isə həndəvərlərindən keçmək olmur. Bir neçə dəstədən ibarət olan bu itlər öz aralarında rəqabət aparır, tez-tez savaşa çıxırlar.

Sakinlər massivin mənzil istismar məntəqəsində əyləşənlərə nə qədər şikayət etsələr də, heç bir ölçü götürülmür, sanki elə belə də olmalıdır, itlər də bu massivin dörd ayaqlı sakinləridir. Bəhanələri də bu olur ki, belə işlərə baxan idarəyə itlərin ərazidən yığışdırılması üçün maddi vəsait ödəməyə çətinlik çəkirlər.

Qarşıdan uzun, qış gecələri gəlir. İtlərin hay-küyündən evdə oturmaq olmur. Təzə doğulan küçüklərin isə zingiltisi baş aparır. Bu mənzərəni daha da uzun-uzadı təsvir edə bilərdim. Həyətdə hürən itlərin əsəblərə təsir edən səsi, məni yazmağa qoymadı...

İnanmaq istəyirik ki, "Qurtuluş-93"-dəki bu acınacaqlı hala əlaqədar təşkilatlar reaksiya verib, bizi bu narahatçılıqdan qurtaracaqlar...


Elman Eldaroğlu

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar