“Qarabağ” səfərdə “Kayrat”a qalib gəlib qrup lideri oldu

04 Noyabr 2021 21:40    637 Baxış   
“Qarabağ” səfərdə “Kayrat”a qalib gəlib qrup lideri oldu

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçı başa çatıb.

Dominant.az xəbər verir ki, görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı ağdamlılar açıb. İbrahima Vadci 58-ci dəqiqədə fərqlənib.

Bundan 10 dəqiqə sonra "Kayrat" hesabı bərabərləşdirib. Kante 68-ci dəqiqədə status-kvonu bərpa edib.

Meydan sahiblərinin bərabərlik sevinci 4 dəqiqə çəkib. Abdulla Zubir 72-ci dəqiqədə baxımlı qolla "Qarabağ"ı yenidən önə çıxarıb.

Qarşılaşmada başqa qol olmayıb və "Qarabağ" qalib gəlib.

Bununla da 4 oyundan sonra 10 xalı olan Ağdam təmsilçisi bir oyun artıq olmaqla qrup liderliyinə yüksəlib.

Ağdamlıların ilk iki yerdən birini tutması artıq bu gün rəsmiləşə bilər. Əgər “Bazel” “Omoniya”ya uduzmasa, Premyer Liqanın vitse-çempionu Azərbaycan futbolu tarixində ilki rəsmiləşdirərək qrupdan çıxacaq.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 25-də İsveçrədə “Bazel”ə qarşı keçirəcək.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar