"Qarabağ" "Sumqayıt"ı məğub etdi

07 Noyabr 2021 21:59    636 Baxış   
"Qarabağ" "Sumqayıt"ı məğub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında Zəfər turunun son oyunu keçirilib.

Dominant.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Qarabağ"ı qəbul edib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Xatırladaq ki, ümumilikdə 17 qolun vurulduğu turun əvvəlki oyunlarında "Keşlə" evdə "Neftçi"yə 3:2, "Qəbələ" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib. "Sabah" - "Zirə" matçında isə məhsuldar heç-heçə qeydə alınıb - 3:3.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar