Sumqayıt nümayəndə heyəti Belostokda səfərdə olub - FOTOLAR

29 İyun 2022 12:04    1336 Baxış   
Sumqayıt nümayəndə heyəti Belostokda səfərdə olub -  FOTOLAR

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti dostluq əlaqələri olan Polşanın Belostok şəhərində səfərdə olub.

Dominant.az xəbər verir ki, “Şəhər günü”nə həsr olunmuş bayram tədbirlərində Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, İH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Adil Xudadatov, Sumqayıt Şəhər Bulvar idarəsinin rəisi Yavər Vəliyev də iştirak ediblər.
Tədbirdə çıxış edən Teymur Səmədov şəhər İcra Hakimiyyətnin başçısı Zakir Fərəcovun adından Belostok şəhər sakinlərini “Şəhər günü” münasibəti ilə təbrik edib. Şəhərin meri Tadeuş Truskolyaskiyə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından hədiyyələr təqdim olunub.



Belostok şəhərinin meri Tadeuş Truskolyaskiy ilə keçirilən görüşdə Sumqayıt şəhər nümayəndələri Azərbaycanın sosial-iqtisadi inkişafı, Sumqayıt şəhərində son illər həyata keçirilən layihələr haqqında geniş məlumat veriblər. Hər iki şəhərin qarşılıqlı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Sumqayıt dünyanın 20-ə yaxın şəhəri ilə qardaşlıq və tərəfdaşlıq əlaqələri qurub. Onların sırasında 2013-cü ilin avqust ayında dostluq və əməkdaşlıq haqqında imzalanan Niyyət Protokoluna əsasən Polşanın Belostok şəhəri də var.
Belostok Polşanın şimal-şərqində yerləşən böyük şəhərdir və 300 min əhalisi olan Podlyaska voyevodalığının inzibati mərkəzidir. Şəhər toxuculuq sənayesi ilə məşhurdur. Burada qida, ağac emalı, keramika sənayesi və maşınqayırma da inkişaf edib.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar