Tanınmış təhsil ekspertindən nazirə müraciət

28 Noyabr 2020 18:50    1606 Baxış   
Tanınmış təhsil ekspertindən nazirə müraciət

Tanınmış təhsil eksperti Elçin Əfəndi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müraciət edib.

Dominant.az müraciəti olduğu kimi təqdim edir:

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə!

Azərbaycan Respublikasında "TikTok" proqramının fəaliyyətinin dayandırılması üçün tədbir görün. Bu proqram cəmiyyətimizi, gəncliyimizi uçuruma aparır. Milli-mənəvi dəyələrimiz bilərəkdən və ya bilməyərəkdən məhv edilir. Dövlət rəmzlərinə qarşı hörmətsizlik edilir. Bundan əlavə 44 günlük müharibə dövründə şəhidlərimizin şəkilləri, videoları, eyni zamanda ermənilərin leşlərinə qarşı edilən hərəkətlər məhz ilk olaraq həmin sosial platformada paylaşıldı və bu da faktiki olaraq düşmən əlinə keçdi. Düşmən bu kimi halları əleyhimizə istifadə etməkdə maraqlıdı. Amma nə yazıq ki, bizim məhz bir çox "TikTok" sakinləri bunun fərqində deyil.

Həmin sosial platformada təyinatı üzrə istifadə edənlər də var. Amma bu 100% üzərindən cəmi 1-2% təşkil edir. Ümidvaram ki, onlar mənim bu çağrışımı hüquqlarının pozulması kimi qəbul etməz və dəstəkləyərlər ki, bu çağırış əslində həmin platforma vasitəsilə 6 yaşdan yuxarı şəxslərin beyinlərinin yuyulmasına, əxlaqsızlığa, mənəviyyatsızlığa, milli-mədəni dəyərlərin məhv edilməsə qarşı çağırışdır.

Biz savadlı, dünyagörüşü yüksək olan gənc nəsil yetişdirməliyik, MANQURT deyil! Bu kimi platformalar da məhz kütləvi savadsızlıq, cahillik və maqurtluq fəlsəfəsinə söykənir.

Bütün bunları nəzərə alaraq təcili "TikTok" sosial platformasının bağlanması ilə bağlı tədbir görün".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar