Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23 İyul 2021 12:09    1048 Baxış   
Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

Tanınmış telejurnalist Günel Gözəlova həyat yoldaşı Anar Gözəlovun səhhətində yaranmış ciddi problemlərə görə həkim Araz Bayramovu məhkəməyə verib.

Dominant.az xəbər verir ki, iddia ərizəsində qeyd olunduğuna görə, G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) Buta Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib.

Adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə  fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri  götürülüb. Fevralında 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi  A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Xəstənin ailəsi və Buta Klinilasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib.İddia ərizəsi Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatında araşdırılır.

A.Gözəlovun iddiası üzrə Məhkəmənin hazırlıq iclası keçirilib, məhkəməyə baxış iclası isə iyulun 27-ə təyin edilib.

Qeyd edək ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması  üçün Prezident İlham Əliyevə, Vitse-Prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Səhiyyə Nazirinin müavininə məktubla şəxsən müraciət edib. Tanınmış telejurnalist Günel Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar