Yeni ildən manat ucuzlaşacaq? - AÇIQLAMA

16 Dekabr 2021 15:35    11127 Baxış   
Yeni ildən manat ucuzlaşacaq? -  AÇIQLAMA

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) növbəti faiz dərəcəsini açıqlayıb.

FES uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb. Mövcud vəziyyət manatın gələcək mövqeyi ilə bağlı müzakirələrə səbəb olub.

Hər kəsi bir sual düşündürür ki, yeni ildən manat dollar qarşısında ucuzlaşa bilərmi?

Dominant.az xəbər verir ki, iqtisadçı-ekspert Eyyub Kərimli ARB-24-ə açıqlamasında FES-in uçot dərəcələrini qaldırmasının manatın məzənnəsinə birbaşa təsir etməyəcəyini deyib.

"Hazırda manatın mövqeləri sabitdir. Gələn il manatın zəifləməsinə elə bir təzyiqlər yoxdur. Lakin bu neftin qiymətində də asılı olacaq", - ekspert bildirib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar