Abutalıbın ümidinə qalan Rusiya

27 Dekabr 2020 17:50    600 Baxış   
 Abutalıbın ümidinə qalan Rusiya

Rusiya bütün gücüylə Azərbaycan insanının nifrətini qazanmağa davam edir.

Rusiya sülhməramlılarının xoşməramlı olmadığı 2×2-dir. Sadə həqiqətdir bu.

Rusiyanın bizə münasibəti bəllidir, bu barədə kiməsə nəyisə isbat eləməyə gərək yoxdur. Biz Rusiyayla heç bir zaman düşmən olmaq istəmədik. Əksinə, dost olmaq üçün hər şeyi etdik.

Hətta hakimiyyətdəkilər (dəyişilənlər və ya yerlərinə gələnlərin əksəriyyəti) nə qədər istəsələr belə, Rusiyanı yanlarında görə bilmədilər. Rus məktəbləri, rus dilinin ölkəmizdə statuslu olması, rus biznesinə son vaxtlar açılan paytaxt, rus musiqiçiləri üçün hazırlanan konsert proqramları Rusiyanı yanımıza gətirmədi.

Biz nə zaman boylansaq, qanımıza batmış rus əlini görürük.

Qafqazda daim qan ocaqları yaradıb, şantaj mövqeyi tutmaq, savaşan tərəfləri bir-birinə qanlı düşmən etmək, bu məqsədlə soyqırımları törədib, sonra necə xoşməramlı sülhməramlı olmaq olar???

Rusiyanın "atəşkəs" üzü elə belə olmalı idi - terrorçunun əski parçası ilə bayrağını bir tutmaq.

Uzun illərdir, bu barədə yazırıq, danışırıq. Rusiyanın Qafqaz və Azərbaycanla bağlı şovinist, imperialist maraqları naminə etdikləri qanlı əməlləri ilə bağlı təkcə bu il onlarla yazı və video-çıxışlarımız olub.
Başqa dəyərli aydınlarımız və siyasətçilərimiz də durmadan bu mövzuda danışırlar, məqsəd ölkəmizdə Rusiya sevdalılığını söküb atmaqdır. Və buna nail oluruq da...

Düzdür, mehdiyevlərin, zahidlərin, abutalıbların varlığı Moskvanın Azərbaycanda hər zaman rahat siyasət yürütməsinə kömək edirdi, amma xalq öz fikrini bildirənə qədər.

Məhz elə bu baxımdan bizim həm hərbdə, həm diplomatiyadakı tək və yenilməz gücümüz xalqdır.

Həmin o xalq ki, 30 ildir, Rusiyaya qarşı həm müstəqilliyini, həm suverenliyini qorumağa çalışır və bu mübarizədə dirəniş göstərir.

Bu 30 ildə Rusiya da eyni əzmlə xalqımıza qarşı öz məkrli siyasətində dirəniş göstərir.

Amma uduzacaq. Bəli uduzacaq.

Tanrı da, siyasətlər də, dövlətlərin maraqları da bizim qalib olmamızdan yanadır.

Bu xalq artıq qaliblik psixologiyasını dərindən yaşayır.

Rusiya, Azərbaycan xalqının yanında yer al, terrorçuların yox. Əgər bayrağınızı terrorçu zibillərin cındır əski parçasının yanında tutmağı özünüzə dövlət marağı hesab edirsinizsə, biz heç bir şey etmədən məğlubsunuz...

Sovetin çöküşündən sonra hər yerdə məğlubsunuz, batırsınız...

Nəinki dövlətlərlə uduzursunuz, hətta adamlarınızda da uduzmağa başlamısınız.

Day, indi Mehdiyevlə Abutalıbovu müqayisə etmək Allahsızlıq olar. Görün, Rusiya Azərbaycanda hansı acınacaqlı durumdadır ki, bu ölkənin buradakı maraqlarını təmsil edənlərin reytinqi Mehdiyevdən Abutalıba düşüb...

Tragikomediyadır. Bəli, başdan-başa qanımıza bulaşmış rus bayrağını da o terror əski parçasıyla yan-yana izləmək kimi tragikomediya.

Təəssüf ki, bu tamaşanı biz qansız izləyə bilmirik. 200 ildən çoxdur, rus ayısı və Maşa bizə baha biçilən bir tamaşadır.

Amma yenə də təkrar edirəm, regionda terrorçu bayrağına və Abutalıba möhtac olan Rusiya buradan qanlı və ya qansız gedəcək.

Demişdim axı, saat əqrəbi xeyrimizə işləyir.

P.S. Bir o bayraqlara baxın birdə bu əzəmətə.

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar