"Araz-Naxçıvan" yeni mövsümöncəsi heyətini daha bir futbolçu ilə gücləndirib.
Dominant.Az xəbər verir ki, Naxçıvan təmsilçisi ispaniyalı yarımmüdafiəçi Alberto Qarsia Fernandeslə müqavilə imzalayıb.
26 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti bir ildir. O, yeni mövsümdə "qırmızı-ağlar"ın uğurları üçün çalışacaq.
"Real Madrid"in yetirməsi olan Alberto Qarsia Fernandes karyerası ərzində İspaniyanın "Kastilya", "Fuenlabrada", UKAM, "Sabadel" və "Rayo Maxadaonda" klublarında çıxış edib. Yarımmüdafiəçi, həmçinin Kiprin "Omoniya" və "Akritas Xloraka" komandalarının da formasını geyinib.
Fernandes 2017-ci ildə İspaniyanın U-19 millisinin heyətində bir oyunda meydana çıxıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.