DÇ-2026: İspaniyadan darmadağın etdi

23:16    17 Baxış   
DÇ-2026: İspaniyadan darmadağın etdi
2026-cı il futbol üzrə dünya çempionatının H qrupunda 2-ci turun İspaniya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilən oyun başa çatıb.

Dominant.az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz Stadium"da keçirilən qarşılaşmada İspaniya millisi 4:0 hesabı ilə qələbə qazanıb.

Görüşün baş hakimi braziliyalı Rafael Klaus olub.

Matçda hesabı İspaniya millisinin vingeri Lamin Yamal 10-cu dəqiqədə açıb. Bu qol futbolçu üçün dünya çempionatlarında ilk olub. İspaniya yığmasının hücumçusu Mikel Oyarsabal 21-ci dəqiqədə komandasının üstünlüyünü artırıb. Üç dəqiqə sonra isə dubl edib. Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Həsən Əl-Tambakti 49-cu dəqiqədə avtoqola imza ataraq yekun hesabı müəyyənləşdirib - 4:0.

2-ci turun nəticələrindən sonra İspaniya millisi 4 xal toplayaraq H qrupunun turnir cədvəlinə başçılıq edir. Səudiyyə Ərəbistanı isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

3-cü turda İspaniya yığması Uruqvayla (27 iyun), Səudiyyə Ərəbistanı isə həmin gün Kabo-Verde ilə qarşılaşacaq.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar