DÇ-2026: Gecəyə hansı oyunlar var?

09:46    25 Baxış   
DÇ-2026: Gecəyə hansı oyunlar var?

Futbol üzrə dünya çempionatının qrup mərhələsində ikinci tura yekun vurulur.

Dominant.Az xəbər verir ki, qrup mərhələsinin bu turunda azarkeşləri bir-birindən gərgin idman mübarizəsi gözləyir.

K qrupunun duellərindən biri Portuqaliya və Özbəkistan yığmaları arasında baş tutacaq. Bu maraqlı matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Eyni qrupun digər görüşündə isə Kolumbiya və Konqo milliləri meydanda qüvvələrini sınayacaqlar. Bu qarşılaşma iyunun 24-də, səhər saat 06:00-da start götürəcək.

L qrupunun həlledici mübarizəsinə gəldikdə isə iyunun 24-ü gecə saat 00:00-da İngiltərə və Qana milliləri vacib xallar uğrunda meydana çıxacaqlar. Bunun ardınca, saat 03:00-da Panama və Xorvatiya yığmalarının maraqla gözlənilən qarşılaşması baş tutacaq.

Dünya çempionatı, II tur

K qrupu

23 iyun

21:00. Portuqaliya - Özbəkistan.

24 iyun

06:00. Kolumbiya - Konqo.

L qrupu

24 iyun

00:00. İngiltərə - Qana

03:00. Panama - Xorvatiya.

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar