Yankoviç də “Qarabağ”dan getdi

10:34    25 Baxış   
Yankoviç də “Qarabağ”dan getdi

"Qarabağ"ı daha bir futbolçu tərk edib.

Dominant.az Prosport.Az-a istinadən xəbər verir ki, Marko Yankoviç Türkiyə Super Liqasına vəsiqə qazanmış "Çorum"a transfer olunub.

Onunla 2+1 illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçunun "Qarabağ" və "Zirə" arasında keçirilmiş yoxlama oyununda (4:3) görünməməsi də bu səbəbdən imiş. "Çorum" 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçuya görə "Qarabağ"a transfer məbləği də ödəyib.

Yeri gəlmişkən, "Çorum"da "Qarabağ"ın sabiq bosniyalı qapıçısı İbraxim Şexiç də çıxış edir.

Qeyd edək ki, Monteneqro millisinin üzvü olan, Serbiya vətəndaşlığı da olan Marko Yankoviç ötən mövsüm "Qarabağ"da 44 matça çıxıb və 5 qol, 4 assistlə yadda qalıb. O, 2022-ci ilin yayında İsrailin "Hapoel" (Təl-Əviv) klubundan "Qarabağ"a qoşulmuşdu. "Qarabağ" artıq bu mövqeyə portuqaliyalı mərkəz yarımmüdafiəçisi Samuel Lobatunu transfer edib.

Onu da bildirək ki, Leandro Andradenin də Ukraynanın "Polissye" klubuna transfer olunacağı gözlənilir. Həmçinin, Kamilo Duranı Şotlandiyanın "Seltik" klubunun istədiyi bildirilir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar