Qurban Elvini bağışladı

12:52    21 Baxış   
Qurban Elvini bağışladı

Elvin Cəfərquliyev “Qarabağ”ın əsas komandasına qayıdıb.

Dominant.az xəbər verir ki, o bu gün məşqə qoşulub.

Qeyd edək ki, futbolçu artıq komanda ilə Avstriyadakı təlim-məşq toplanışına yollanıb.

Xatırladaq ki, Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.

Mənbə: Qafqazinfo


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar