Ayaqlarımı geyinib ötür məni özüməcən...

03 Martt 2021 21:24    8194 Baxış   
Ayaqlarımı geyinib ötür məni özüməcən...

Dominant.az şair Mahir Mehdinin yeni şeirini təqdim edir:

... Ayağın yola dartılıb,
qulağın uzandı səsə.
Birnəfəsə içib, səni
saxlamadım
heç bir kəsə.

Uzun oldu bu qafaya
fikirlərin ən qısası.
Yazdığın
beş - altı şeir
sözlərin abort masası.

İşıqlaşdı hər yan gecə,
qaranlıq
açıldı səhər.
Kiriyib bağırtın boyda,
danışdın
sükutun qədər.

... Yığışdır olanlarını,
bir - bir elə
özünə cəm.
Ayaqlarımı geyinib
ötür məni özüməcən...


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar