Azərbaycana daha 99 min doza “Pfizer-Biontech” vaksini gətirilib

24 Noyabr 2021 17:52    215 Baxış   
Azərbaycana daha 99 min doza “Pfizer-Biontech” vaksini gətirilib

Azərbaycana bu günədək 319 410 doza “Pfizer- Biontech” vaksin dərman vasitəsi gətirilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.

Bildirilib ki, əlavə olaraq ötən həftə 99 000 doza vaksin ölkəyə çatdırılıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib. Məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb: "Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar