Azərbaycanda koronavirusa 225 yeni yoluxma faktı qeydə alınıb

21 İyul 2021 19:17    548 Baxış   
Azərbaycanda koronavirusa 225 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan dominant.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından dörd nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib. 2 527 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593, bu günə qədər isə ümumilikdə 3 935 913 test icra olunub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar