Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

30 Aprelel 2021 19:11    990 Baxış   
Azərbaycanda koronavirusa yoluxanların sayı  açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 2162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan dominant.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 319 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 460 nəfər müalicə olunaraq sağalıb, 4 517 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 25 132 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 319, bu günə qədər isə ümumilikdə 3 241 186 test icra olunub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar