Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

09 May 2021 17:10    588 Baxış   
Azərbaycanda koronavirusa yoluxanların sayı  açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1439 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan dominant.az verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 326 716 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib, aktiv xəstə sayı 15 197 nəfərdir.

Ölkədə son sutka ərzində 9 474 , hazırkı dövrədək isə 3 330 985 test aparılıb.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar