Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artdı

23 Fevral 2021 14:55    686 Baxış   
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 233 424 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3204 nəfər vəfat edib, aktiv xəstə sayı 2208 nəfərdir.

Ölkədə son sutka ərzində 8043, hazırkı dövrədək isə 2 563 101 test aparılıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar