Azərbaycanın XVIII-XIX əsrlərə aid silahları nümayiş etdiriləcək

05 May 2022 16:32    5702 Baxış   
Azərbaycanın XVIII-XIX əsrlərə aid silahları nümayiş etdiriləcək

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XVIII-XIX əsrlərə aid silahlar nümayiş etdiriləcək.

Muzeydən verilən məlumata görə, Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərginin hazırlıq işləri davam edir.

XVIII – XIX əsrlərə aid silahlar (250-dən artıq eksponat) iki zalda, əsasən 40-a yaxın vitrində təqdim ediləcək. Həmin sərgidə nümayiş olunacaq eksponatlar - soyuq silahlar, müdafiə geyimləri, odlu silahlar muzeyin Silahlar və bayraqlar, Xüsusi fondlarında mühafizə olunur.

Sərgi tezliklə tamaşaçıların ixtiyarına veriləcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar