Çılpaq xəstələr qurban qanı ilə yuyunur

07 İyun 2020 22:47    16297 Baxış   
Çılpaq xəstələr qurban qanı ilə yuyunur
Koranavirusun aktual etdiyi əlləri təmiz saxlamağın tarixi üsulları

Viruslarla mübarizədə ən gərəkli üsullardan biri əlləri tez-tez yuyub təmiz saxlamaq sayılır. Görək keçmişdə hansı mübarizə üsullarından istifadə edilirmiş.

Qədim zamanlarda belə bir inam vardı: xəstəliklər ya insanların etdiyi günahların cəzalandırılması üçün tanrılar tərəfindən göndərilir, ya da şər ruhlar tərəfindən törədilir. İnsanlar günahlarından təmizlənmək, arınmaq və şər ruhları qovmaq üçün xüsusi rituallar həyata keçirirdilər. Əsas arınma vasitəsi su sayılırdı. Yerə su səpib süpürmək məbəddə toz qalxmasına mane olduğuna görə mövcud sahəni təmizləyib arındırırdılar.

İbadət edənlərin də əl-ayaqları təmiz olmalı idi, bəzi günlərdə isə ancaq bütün bədəni yuduqdan sonra ibadət etmək olardı. Su ilə arınma yaz bayramlarında da gərəkli idi, hətta indiyə kimi Novruz bayramında bu ritual həyata keçirilir: adamlar özləri də daxil hər şey, hər yer təmiz, yuyunmuş olmalıdır. Namaz qabağı su ilə arınma da həmin qədim ritualın izidir.

Digər arınma vasitələri xoş qoxulu yağlar və tüstü idi. İndi də kilsələrdə buxur yandırılır. Bizim kulturamızda da hazırda şər ruhları qovmaq üçün üzərlik yandırılır və tüstülədilir. Ölü yerində qızılgül yağından, gül suyundan istifadə etmək isə bir islam adəti deyil, kökü qədimlərə gedib çıxan təmizlənmə ritualıdır.

Od da gərəkli arındırma vasitəsi sayılırdı. Orta əsrlərdə cadugərləri, içlərindəki şeytandan arındırmaq üçün diri-diri tonqallarda yandırardılar. Novruzda tonqal üstündən tullanıb “ağırlığım-uğurluğum bu tonqalın üstünə” deməyimiz də həmin ritualın qalığıdır. Yaxud xəstənin odla qorxudulub “çildağ” esilməsi.

Başqa bir arındırma vasitəsi qan olub. Bunun üçün çuxurlar qazılır, xalqı təmsil edən din xadimləri çuxura girir, kəsilmiş qurbanın qanı ilə yuyunub təmizlənirdilər. Hazırda bu ritual Rusiyanın bəzi yerlərində qalıb; soyunmuş xəstələrin qurban qanı ilə yuyunması şəklində.

Alov Inanna Eyvazova, elmi işçi





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar