Borçalıda "inqilab" edən azərbaycanlı

17 May 2021 16:22    33471 Baxış   
Borçalıda "inqilab" edən azərbaycanlı

Saida Gürcüstanın Tsalka rayonunun Dağ-Sarvan kəndində anadan olub. Tsalka rayon orta məktəbində oxuyub. Kənd yerində oxumağa önəm verilməyən dövrdə Saida əksini edərək oxumağa maraq göstərib. Bu da ona uğurların qapısını aralamaqda kömək edib. 2020-ci ildə orda məktəbi bitirərək “İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti”nin filologiya fakültəsinə qəbul olub.

Saida deyir:

- Hazırda Tiflisdə yaşayıram, kitab oxumağı çox sevirəm, həm işləyir, həm təhsilimi davam etdirirəm. Azərbaycanlılar və gürcülər arasında ünsiyyətinin daha da yaxın olmağına xidmət edən “Qirmızı körpü” Orqanizasiyanın üzvüyəm.



“Ali təhsili başa vurduqdan sonra nə düşünürsən” sualına isə Saida belə cavab verdi:

- Bəlkə də univerisiteti bitirdikdən sonra bir çox yerdə işləmək şansım olacaq, amma mən öz doğma kəndimə qayıtmaq istəyirəm. O kənd ki, çox çətinlik çəkərək bu günlərə gəldim. Univeristeti bitirdikdən sonra kəndə qayıdıb müəllim işləmək istəyirəm. Bizim kənddə gürcü dilini çox az insan bilir, buna görə də istəyirəm bir tək özümü yox, eyni zamanda kəndimin gələcəyini düşünüm.

Qalib Uzunalov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar