Uzun illər ölkənin müxtəliv telekanallarında bir çox baxımlı verilişin aparıcısı olmuş tanınmış teleaparıcı Ramal Hüseynov yenidən aparıcılıq edəcək.
Dominant.az-a bu barədə R.Hüseynov özü məlumat verib.
R.Hüseynovun sözlərinə görə, aparıcılıq edəcəyi yeni veriliş real həyat hekayətlərindən ibarət olacaq. Belə ki, verilişin qəhrəmanları yaşadıqları hadisələri özləri danışacaqlar.
Teleaparıcının sözlərinə görə, "Dalan 18+" adlanan veriliş hansısa telekanalda yox, "YouTube"da yayımlanacaq.
Qeyd edək ki, Ramal Hüseynov uzun müddət çalışdığı telekanaldan Əli Həsənovun tapşırığı ilə uzaqlaşdırıldığını bildirmişdi.